AZURE residence

Çoxfunksiyalı Azure kompleksinin tərkib hissəsi olan Azure Residence, “ev” anlamının tam yeni bir məna kəsb etdiyi, rahat həyat üçün hər bir şərait yaratdığı yüksəkstandartlı elit  yaşayış məkanıdır.

 

Azərbaycan, Bakı, Nobel prospekti 15
(+ 994 50) 4 100 100 / (+ 994 12) 5 112 112

office@yenihayat.az

Bağla

Rahat şərait

Rezidensiyanın sakinləri məişət problemlərini biryolluq unudacaqlar. Кompleksin ərazisində rahat yaşayış, iş və istirahət üçün hər bir şərait nəzərdə tutulub. Mərkəzləşdirilmiş havalandırma, soyutma/isitmə sistemləri, isti-soyuq suyun fasiləsiz təminatı və filtrasiyası, içməli və texniki su ehtiyatları üçün hövzələr, elektrik generatorları, enerjiyəqənaət sistemi, yüksəksürətli İnternet, məişət xidmətləri mərkəzləri və s. hər zaman sakinlərin xidmətindədir.

Bağla

Yerləşməsi

Azure Residence Bakının tarixi mərkəzi ilə Ağ şəhərin (White City) qovuşduğu ərazidə yerləşir. Bura, həm şəhərin istənilən nöqtəsinə rahat yolu olan prestijli məkandır, həm də meqapolisin mərkəzində məskən salan ekoloji-təmiz bir oazisdir.

Gərgin işdən sonra istirahət etmək üçün şəhər kənarına getmək lazım deyil – rezidensiyanın sakinləri elə buradaca, Azure Residence-də günün gərginliyini unudacaqlar. Cəmi 100 m aralıqda yerləşən Xəzərin gözəl mənzərəsi, təmiz hava və bununla yanaşı rahat infrastruktur komfort həyat üçün optimal şərait yaradır. Qeyd edək ki, kompleksin yerləşdiyi ərazi həm də seysmoloji cəhətdən Bakının ən təhlükəsiz məkanlarından biri sayılır.

Bağla

Təhlükəsizlik

Əgər Azure Residence kompleksindəki yaşayış keyfiyyətinin başlıca amili rahatlıqdırsa, mühafizə və əmin-amanlıq  – onun digər vacib komponentləridir. Kompleksin bütün ərazisi etibarlı şəkildə qorunur.

Siqnalizasiya və yeni texnika ilə təchiz olunmuş mərkəzləşdirilmiş təhlükəsizlik sistemi, günün 24 saatı videomüşahidə aparan mərkəzi post sakinləri mümkün risklərdən etibarlı şəkildə qoruyur.

Rezidensiyanın bütün mənzil və sahələrində ən müasir siqnalizasiya, tüstüçəkən sistemlər, yanğından xəbəredicilər və yanğınsöndürənlər quraşdırılıb.

Fors-major hallar üçün nəzərdə tutulan yüksəktəzyiqli su nasosları günün 24 saatı hazır vəziyyətdədir.

Bağla

Liftlər

28-mərtəbəli rezidensiyanın binası, dünyanın ən etibarlı liftləri sayılan OTIS firmasının (ABŞ) panoramlı yük və sərnişin liftləri ilə təchiz olunub.

Səssiz, yüksəksürətli OTİS liftlərinin hər biri ağırlığa davamlı və 13 nəfər sərnişin götürmə qabiliyyətinə malikdir. Kondisioner, müasir işıqlandırma priborları və güzgülərlə təchiz olunmuş bu liftlər zahirən gözəl, ən əsası isə, son dərəcə etibarlıdır.

OTİS lift sistemlərinin standart opsiyası sərnişinlərin avtomatik evakuasiyasını nəzərdə tutur – belə ki, fors-major hallarda bu liftlər sərnişinləri dərhal növbəti mərtəbəyə çatdırır.

Bağla

Xidmətlərimiz

Həm memari ideyası, həm icrası mükəmməl olan AZURE kompleksi Bakının zahiri simasını daha da gözəlləşdirən, paytaxtımızın şəhərsalma sahəsində yeni bir söz deyən layihədir.

Kompleksdə insanların yüksək xidmətlə rahatlıqlarını təmin etmək məqsədilə aşağıdakı xidmətlər nəzərdə tutulmuşdur:

·         Aviabiletlərin sifarişi və alınması

·         Poçt və kuryer xidməti

·         Restoranlarda yer sifarişi və evlərə yemək çatdırılması

·         Tədbirlərin və ya xüsusi məclislərin keçirilməsində vasitəçilik

·         Alış-veriş xidməti

·         Dayə xidməti

·         Kimyəvi təmizləmə və camaşırxana xidməti

·         Avtomobil icarə xidməti

·         Notariat xidməti

·         Taksi xidməti

Bağla

Mənzillər

Azure Residence-in yaşayış mənzilləri – unikal məkanda ideal həyat arzusunun təzahürü olmaqla yanaşı, həm də yüksək status göstəricisidir. 28 mərtəbəni, 7 bloku təşkil edir.  Hər mərtəbədə 2 mənzil  (3 və 4-otaqlı) və geniş lift hollu yerləşir.

Geniş otaqlar, Xəzərə və şəhərə açılan gözəl mənzərəli, döşəmədən tavana qədər şüşələnmiş pəncərələr mənzillərdə xüsusi atmosfer yaradır.

O ki,  qaldı interyerə, Yeni Həyat şirkətinin dizaynerləri, ev sahiblərinin zövq və tələblərinə cavab verəcək individual dizayn variantları təqdim edir.

Ən yuxarı mərtəbələr, dənizə və şəhərə əsrarəngiz mənzərəsi olan penthauslar üçün ayrılıb.

Bağla

Landşaft

Gözəl landşaft müsbət enerji mənbəyidir. Azure Residence kompleksinin ərazisində xüsusi mikro-dünya yaradılıb. Bulvara ayrıca çıxışı olan mühafizəli həyətdən əlavə, sakinlər Azure Ticarət Mərkəzinin damında salınmış terras bağlarından zövq ala bilərlər. Həmin bağ müxtəlif zonalara bölünüb – burada ekzotik bitki, nadir ağaclar və gül klumbaları, çoxsaylı fəvvarələrdən əlavə gəzinti alleyaları, uşaq meydançası və yay kafesi mövcuddur.